AVRO-2020-nin təşkil ediləcəyi şəhərlərin adları məlum olub.

Offsideplus.az xəbər verir ki, UEFA turnirin 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib.

Pandemiya səbəbindən gələn il oynanılacaq Avropa çempionatı nəzərdə tutulduğu kimi, Roma, Bakı, Kopenhagen, Münhen, London, Dublin, Amsterdam, Buxarest, Sankt-Petreburq, Qlazqo, Bilbao və Budapeşt şəhərlərində baş tutacaq.

Qeyd edək ki, AVRO-2020-nin matçları 2021-ci il 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.