"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Barselona"nın kapitanı Lionel Messi ilə arasındakı rəqabət barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı superulduz aralarında olan "mübarizə"nin futbol adına da böyük qazanc olduğunu bildirib: "Onunla futbolda yaxşı rəqabət yaşadıq. Bu, təkcə bizim yox, futbol üçün də yaxşı oldu. Belə hal yalnız futbolda yaşanmayıb. Maykl Cordanın basketbolda güclü rəqibləri var idi. Həmçinin Ayrton Senna ilə Alen "Formula-1"də bir-birlərinə yaxşı rəqib idilər. İdmandakı böyük qarşıdurmalar arasındakı yeganə oxşarlıq onların sağlam olmasıdır".

Qeyd edək ki, son 12 ildə Messi 6, Ronaldo isə 5 dəfə "Qızıl top" mükafatını qazanıb.