İngiltərənin "Çelsi" klubu Leverkuzen "Bayer"inin gənc futbolçusu Kay Havertzi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 8 milyon avro qazanacaq.
Bundesliqa təmsilçisi alman futbolçu üçün 80 milyon avro tələb edir. "Zadəganlar"ın artıq bu keçid üçün hərəkətə keçdiyi bildirilir.
Qeyd edək ki, Havertz 2016-cı ildən "Bayer"in əsas komandasında çıxış edir.