Amit Quluzadənin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu barədə Feysbuk səhifəsində paylaşım edib. O, karyerasını Moldovada "Milsami" klubunda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, Amit Quluzadə son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın "Çelik" klubunda oynayıb.