“Real”ın kapitanı Serxio Ramosun La Liqanın 31-ci turunda "Malyorka"ya vurduğu qol əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu görüşdə fərqlənməklə öz rekordunu qırıb.
Belə ki, Ramos La Liqa tarixində yalnız bu mövsüm səkkiz dəfə adını tabloya yazdıra bilib. Bundan öncə onun aktivində 7 qol var idi.
Bununla yanaşı, 34 yaşlı oyunçu dünənki görüşdə fərqlənməklə karyerasının 120-ci qolunu rəqib qapılarından keçirib. Ramos bu topların 99-nu klubda, geridə qalan 21-ni isə millinin heyətində vurub.
Qeyd edək ki, qarşılaşma Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi nəticələnib.