Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq yarış keçirilib.

Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.

Yarışı Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medalla başa vurub.