Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala yüksəlib. 26 yaşlı cüdoçu 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib.

Onun yarımfinaldakı rəqibi italiyalı Manuel Lombardo olacaq.