Cüdoçumuz Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici döyüşdə Viktor Sterpu (Moldova) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Heydərov qızıl medala sahib olub.