İdman Arbitraj Məhkəməsi (CAS) İran cüdoçularını 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, buna İran cüdoçularının İsraildən olan idmançılarla mübarizədənin sistematik yayınması səbəb olub. Beynəlxalq Cüdo Federasiyası (IJF) qeyri-müəyyən cəza müddətinin təbtiq olunmasını təkid etsə də, CAS iranlı cüdoçuların 4 illik uzaqlaşdırılmasına qərar verib. 

Qeyd edək ki, 2019-cu ildən sayılan diskvalifikasiya 2023-cü ilin sentyabrında başa çatacaq.