Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən iki cüdoçumuz qüvvəsini sınayıb.

1/16 finalda almaniyalı Niklas Blöxl üzərində qələbə qazanan Hidayət Heydərov növbəti raundda Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə uduzaraq yarışla vidalaşıb.

Murad Fətiyev də mübarizəyə 1/16 finaldan başlayıb. İlk görüşdə türkiyəli Vedat Albayraka ipponla məğlub olan cüdoçu çıxışlarını erkən başa vurub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. 9 cüdoçumuzun təmsil olunduğu yarışın ilk günündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.