Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojakaya (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olub.

Təsəlliverici görüşdə Özbəkistan təmsilçisi Murodjon Yuldoşevə ipponla qalib gələn Orucov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonova (Özbəkistan) qalib gəlib.

81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb. 1/16 finalda Qırğızıstan təmsilçisi Vladimir Zoloyevlə görüşdə xəsarət alaraq burnu qanayan cüdoçumuz mübarizəni dayandırıb.

81 kq-dakı Hidayət Heydərov da yarışla erkən vidalaşıb. O, 1/32 finalda Gilyerme Şmidtin (Braziliya) müqavimətini qıra bilməyib.

Qeyd edək ki,  turnir martın 7-dək davam edəcək.