Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Böyük Dəbilqə” turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, millimiz yarışa 12 cüdoçu ilə qatılıb. Turnirin ilk günü onlardan altısı tatami üzərinə çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov təsnifatda Rusiya təmsilçisi Ayub Bliyev, 1/16 finalda isə Cənubi Koreyadan olan Harim Lini mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda türkiyəli Mirac Akkusu da yenib. Daha sonra Qazaxıstan təmsilçisi Yeldos Smetovla üz-üzə gəlib. Rəqibinə uduzan Hüseynov bürünc medal uğrunda görüşdə iştirak edib.Kəramət Fransa təmsilçisi Luka Mxeidze ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə cərimələrlə uduzan Hüseynov 5-ci yerlə kifayətlənib.

Eyni çəkidəki Oruc Vəlizadə almaniyalı Morits Plafkini mübarizədən kənarlaşdırsa da, özbəkistanlı Kemran Nurillayevin müqavimətini qıra bilməyib.

66 kq-da son Avropa çempionu Orxan Səfərov 1/16 finalda finlandiyalı Lukas Sahaya uduzub. Bu çəkidəki Nicat Şıxəlizadə ilk görüşdə bolqarıstanlı Bojidar Temelkova qalib gəlsə də, cənubi koreyalı Baul Anla bacarmayıb.

Qadın güləşçilərdən 48 kq çəki dərəcəsində yarışan Leyla ƏliyevaAişə Qurbanlı 1/16 finala təsadüf edən ilk görüşlərində Özbəkistan təmsilçiləri ilə münasibətlərinə aydınlıq gətirib. Əliyeva Gülnur Muratbəyovanı məğlub edib, Qurbanlı isə Həliməcan Kurbonova ilə dueldən məğlub ayrılıb.

1/8 finalda isə Əliyeva serbiyalı Milika Nikoliçə uduzaraq, mübarizəni dayandırıb.

Beləliklə turnirin ilk günündə idmançılarımız medalsız qalıb.