Polşa həvəskarlar liqasında keçirilən "LKS Çexov" - “Piast Lutinia” matçında xoşagəlməz hadisə yaşanıb. 

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində futbolçular arasında dava düşüb.

Daha sonra isə qonaq komandanın azarkeşləri meydançaya daxil olaraq, meydan sahiblərinin futbolçularına hücum edib. Hadisə nəticəsində "LKS Çexov"un bir futbolçusu boğazından bıçaq yarası alıb. Xoşbəxtlikdən oyunçunun aldığı yaralar ciddi olmayıb.(qol.az)