Bu gün Dünya Güləş Birliyinin (UWW) Hakimlər Komissiyasının sədri Antonio Silvestrinin iştirakıyla milli federasiyaların hakimləri üçün vebinar keçirilib.

Offsideplus.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan vebinarda hakimlərimiz də iştirak edib.

Əvvəlcə UWW-nin prezidenti Nenad Laloviç çıxış edərək vebinar iştirakçılarını salamlayıb və tədbirə göstərdikləri marağa görə onlara təşəkkür edib. O, mövcud vəziyyətlə əlaqədar olaraq vebinarların bundan sonra da davam edəcəyini diqqətə çatdıraraq, hamıya uğurlar arzulayıb.