3x3 basketbol üzrə Qadın Seriyasında Qəbələ mərhələsinin iştirakçıları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, seriyanın Qəbələ mərhələsi iyunun 2-3-də keçiriləcək.

Yarışda 5 yığma və 3 klub mübarizə aparacaq. Azərbaycan, Polşa, İtaliya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barselona Panters" (İspaniya), "Varşava Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, "Qəbələ" mərhələsi Qadın Seriyasının sayca üçüncüsüdür.