Basketbol üzrə Azərbaycan çempionatının 15-ci turunun son oyunu baş tutmayıb.

Offsideplus.az xəbər verir ki, turun son görüşü "Gəncə" və "Olimpik" klubları arasında keçirilməliydi. Lakin Gəncədə keçirilməsi planlaşdırılan görüş təşkilatı və texniki məsələlərə görə təxirə salınıb.

Matçın fevralda keçirilməsi ehtimal olunur.

Turnir cədvəlinə 26 xalla NTD başçılıq edir. “Olimpik” isə 16 xalla turnir cədvəlinin son pilləsindədir.