Cüdoçumuz Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionu yaponiyalı Soişi Haşimoto ilə bacarmayıb.

Beləliklə, o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizə aparacaq. Dünya çempionatı mayın 14-də başa çatacaq.