Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.
Offsideplus.az xəbər verir ki, İslambek Dadov (67 kq) yarımfinalda Ukrayna güləşçisinə 8:2 hesabıyla qalib gələrək Fərdi Dünya Kubokunun finalına yüksəlib. O, finalda Rusiya təmsilçisi Nazir Abdullayevlə qarşılaşacaq.
Eldəniz Əzizli (55 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq. Ancaq həmyerlimiz əvvəlcə təsəlliverici görüşdə Ermənistan idmançısına qalib gəlməlidir.
Bu görüşlər sabah keçiriləcək.