Gənc boksçular arasında dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2020-ci ildə Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.

Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın aprelin 10-24-də təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.