“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə millimizin üzvü Sənan Süleymanov deyib.
Avropa çempionu Dünya Çempionatı və Olimpiya Oyunlarında da uğur qazanmaq istədiyini bildirib:
“Gözləmədiyim halda çempion oldum. İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada uğurumun davamını gətirməyə çalışacağam”.
İlkin Sultanlı