UEFA rəsmi şəkildə Kerem Aktürkoğlunun transfer və müqavilə sənədlərini Türkiyə Futbol Federasiyasından (TFF) tələb edib.

Offsideplus.az xəbər verir ki, TFF-nin “araşdırma davam edir” açıqlamasına baxmayaraq, aydın və detallı məlumatın təqdim edilməməsi məsələni birbaşa UEFA-nın gündəminə çıxarıb.

Avropa mənbələrinin məlumatına görə, Kerem Aktürkoğlu 5–12 oyunluq cəza ala bilər. Əgər ciddi pozuntular təsdiqlənərsə, Avropa yarışlarından uzaqlaşdırılma variantı da gündəmdədir.

Bu hadisə "Yuventus"un FFP (maliyyə feyr-pley) işi ilə oxşarlıq göstərir: UEFA yerli federasiyaya vaxt verir, şəffaflıq təmin olunmur və sonda ağır sanksiya UEFA tərəfindən tətbiq edilir.

Bildirilir ki, araşdırma yalnız Keremlə məhdudlaşmayacaq – UEFA “Fənərbağça”nın digər transfer əməliyyatlarını da incələməyə hazırlaşır.

Bu arada, TFF nümayəndələrinin yaxın günlərdə UEFA-nın qərargahına səfəri gözlənilir.

 UEFA-nın mövqeyi qətidir: “Qaydalar hamı üçün eynidir.”