"Beşiktaş" Kayl Uoker-Piters transferində geri addım atıb.
Offsideplus.az xəbər verir ki, "qara qartal" bir neçə gün ingilis futbolçu ilə razılığa gəlindiyini açıqlamışdı. Lakin onun rəsmi müqavilə üçün İstanbula gəlməyi bir neçə dəfə ertələməyi türk klubunun rəhbərliyini əsəbləşdirib və prosesi sonlandırıblar.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Beşiktaş" bu yay hələlik 3 oyunçu transfer edib: Temmi Abraham, David Yuraşek və Orkun Kökçü.



