Türkiyədə "transfer pəncərəsi"nin sonlarına doğru daha bir oyunçunu heyətinə qatmaq istəyən "Beşiktaş" rədd cavabı alıb.
Offsideplus.az xəbər verir ki, "qartallar" "Borussia Dortmund"dan Yulian Duranvilli transfer etmək istəyib.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Ağ-qaralar" 18 yaşlı oyunçunu satınalma şərti ilə icarəyə götürməyə çalışıb. Lakin İstanbul klubu Bundesliqa nəhəngi ilə razılığa gələ bilməyib.