"Beşiktaş" Türkiyə Super Liqasının XVI turu çərçivəsində "Adana Demirspor"un qonağı olub.
Offsideplus.az xəbər verir ki, matç meydan sahiblərinin "2-1" hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 31-ci dəqiqəsində Yusuf Barası Adanalıları önə çıxarıb. 39-cu dəqiqədə Abat Aimbetov fərqi 2 topa yüksəldib. "Ağ-qaralar" ikinci hissədə sadəcə 1 qolun əvəzini çıxa bilib. 72-ci dəqiqədə Musrati rəqiblərinin qapısına yol tapıb.
76-cı dəqiqədə qırmızı vərəqə alan Tayyip Talha Sanuç "qartallar"əı azlıqda qoyub.