Joze Mourinyo "Beşiktaş"ın "Fənərbağça" üzərində qələbəsinə "kölgə salıb".
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:
"Beşiktaş oyununu 10 dəfə oynasaq, 8-də biz qalib gələrdik. 1 oyun heç-heçə bitərdi. 1-də də "Beşiktaş" udardı. Uzun sözün qısası, bu oyun əhvalımıza təsir etsə də, özümüzə inama təsir etmədi".
Qeyd edək ki, "qara qartallar" "Fənərbağça"nı 1:0 hesabla məğlub etmişdi.