Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində "Borrusiya Dortmund" "Barselona"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyun "Barsa"nın "2-3" hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı 52-ci dəqiqədə Rafinyanın qolu ilə "Barselona" açıb. 60-cı dəqiqədə meydan sahiblərinin heyətində Serou Girasi penaltini dəqiqi yerinə yetirməklə hesaba tarazlıq gətirib. 75-də Ferran Torres kataloniyalıları yenidən önə çıxarıb. Geri düşmələrinə baxmayaraq almanlar 78-ci dəqiqədə Girasinin "dubl"u ilə təkrar oyuna bərabərlik gətirib. 85-ci dəqiqədə Torres özünün ikinci, komandasının üçüncü qolu ilə matçda son nöqtəni qoyub.
Oyunda vurulan qolları təqdim edirik.