"Atletiko" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində "Slovan"ı (Bratislava) qəbul edir.
Offsideplus.az xəbər verir ki, davam edən görüşdə Antuan Qrizman "dubl" müəllifi olub. O, əvvəlcə 42-ci dəqiqədə fərqlənib. Ardınca isə 57-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
Qeyd edək ki, matçda hesabı 16-cı dəqiqədə Yulian Alvarez açıb. Qonaqlar yeganə qolu 51-də penaltidən vurublar.