Çiro İmmobile "Latsio"dan ayrıla bilər.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" futbolçunun xidmətində maraqlıdır.

Qeyd olunub ki,  italyan yaxın günlərdə İstanbula gələcək və "qara qartal"la 2 illik müqavilə imzalayacaq.

34 yaşlı hücumçu ötən mövsüm 43 matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun A Seriyası klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.