Türkiyənin 2 klubu Marko Roysun transferi uğrunda mübarizə aparır.
Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, hazırda azad agent olan yarımmüdafiəçi "Qalatasaray" və "Trabzonspor" klublarının hədəfindədir. Hər iki klubun futbolçunun son durumu ilə maraqlandıqları bildirilir.
Qeyd edək ki, ötən mövsümü "Borussiya"da keçirən Roys 42 oyuna çıxıb, 9 qol və 10 assistə imza atıb.