"Beşiktaş"ın prezidenti  Ahmet Nur Cebi mətbuat konfransında açıqlamalar verib.

Əhməd Nur Çebi vəzifəsinin başında olduğunu bildirib.

 Offsideplus.az  xəbər verir ki, çıxışına qısa zamanda sponsorluq müqavilələri olacağını ifadə edərək başlayan Çebi vəzifəsinin başında olduğunu bildirib.

"Beşiktaş konqresində ən yüksək səslə seçilən və ən çətin dövrdə vəzifəyə başlayan prezident mənəm. Beşiktaş konqresi və ən çətin dövrdə vəzifəyə gəldi.İşıqlar kəsildi,heyətlər dağınıq oldu,aylarla maaşlar verilmir.Artıq hər kəsin maaş aldığı kluba çevrilmişik.Mən öz işimdəyəm. Oğrulara, bədxahlara heç nə buraxmayacağam. Sona qədər buradayam, Beşiktaşın konqresi burada mənə işin bitdi deyənə qədər. Konqresə böyük hörmətim var. Azarkeşlərə böyük hörmətim var. Azarkeşlərlə problemim yoxdur”.