Türkiyə çempionu "Qalatasaray" Çempionlar Liqası üçün yayda səs-küylü transferlərə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.
Nqolo Kante ilə danışıqlara start verilib. 32 yaşlı müdafiəçi "Çelsi" ilə müqaviləsinin müddəti başa çatır və komandadan ayrılmağı düşünür. Oyunçu cari mövsüm "zadəganlar"ın heyətində 9 oyuna çıxıb.
"Cim-Bom"un maraqlandığı digər fubtolçu "Lester"dən Yuri Tilemansdır. 26 yaşlı mərkəz yarımmüdafiəçisinin "tülkülər"lə sözləşməsinin müddəti iyun ayında bitəcək. Tilemans "Lester"lə 37 matça çıxıb, 4 qol vurub, 2 assistə imza atıb.
"Qalatasaray" "Marsel"lə 2 illik sözləşməsi olan milli futbolçu Cengiz Ünderlə də maraqlanır. 25 yaşlı futbolçunun "Qalatasaray"a keçməkdə könüllü olduğu da bildirilir.
Günay Xəlil


