Türkiyənin "Trabzonspor" klubu futbolçusu Vitor Huqo ilə yollarrını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək. O, "Bahia" klubunda çıxış edəcək. Braziliya təmsilçisi 31 yaşlı futbolçu üçün 1.8 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vitor Huqo "Trabzonspor"a 2020-ci ilin yayında 3.2 milyon avro qarşılığında "Palmeyras"dan transfer olmuşdu. O, bu müddətdə Qara dəniz təmsilçisində 99 oyuna çıxıb, 9 qol və 1 asisstlə yadda qalıb.