Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, "Bordo-mavililər" "Tottenhem"in braziliyalı hücumçusu Lukas Moura ilə anlaşıb.
Premyer Liqa klubunun rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib və Moura yayda "Trabzonspor"un sıralarına qoşulacaq.
Qeyd edək ki, 30 yaşlı "sambaçı" bu mövsüm "Tottenhem" forması ilə çıxdığı 12 oyunda 1 qolla yadda qalıb.