"Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Qaziantep"dən Lazar Markoviçi transfer edib. Serbiyalı yarımmüdafiəçi bu gün Trabzona gedərək müqaviləyə qol çəkəcək.
28 yaşlı vinger mövsünün sonuna kimi icarə əsasında "Trabzonspor"da çıxış edəcək.