Türkiyə Super Liqasında ardıcıl xal itkilərindən sonra turnir cədvəlində "Fənərbağça""Beşiktaş"dan geri düşən "Qalatasaray" yeni mövsümdə yeni heyət qurmaq üçün hərəkətə keçib. 

Offsideplus.az "Aspor"a sitinadən xəbər verir ki, baş məşqçi Fatih Terim mövsümün sonu 11 futbolçunu göndərmək istəyir. Həmin oyunçuları təqdim edirik: 

Fatih Öztürk, Valentin Ozornvafor, Marselo Saraççi, Emre Taşdemir, Martin Linnes, Şener Özbayraklı, Oqenekaro Etebo, Emre Akbaba, Sofyan Fequli, Ryan Babel və Radamel Falkao.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla "Beşiktaş" liderlik edir. "Fənərbağça" 69 xalla ikinci, "Qalatasaray" isə 66 xalla üçüncüdür.