"Beşiktaş"ın Bosniya və Hersoqovinadan olan Aydin Hasiç derbidə forma geyinə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Sergen Yalnçın gənc futbolçunun adını matç protokoluna daxil etməyib. Səbəbsə "18-lik"də əcnəbi futbolçulara limit qoyulmasıdır. Belədə Hasiç "Qalatasaray"la baş tutacaq İstanbul derbisini kənardan izləməli olacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı sabah Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.