Futbol üzrə Türkiyə Birinci Liqasında mövsümün sonuna bir tur qalmış qalibin adı məlum olub.

Offsideplus.az xəbər verir ki, 33-cü tur çərçivəsində “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə bu uğura yiyələnib.

Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” tarixində ilk dəfə Superliqaya vəsiqə qazanır.