Türkiyə futbolunda növbəti koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça”da bu xəstəliyə tutulanların sayı 3-ə çatıb.
Klubun bazasında çalışan 2 nəfərdən sonra rəhbər heyətdə də 1 nəfərin testi müsbət nəticə verib. İdarə Heyəti üzvlərinin testdən keçirildikdən sonra xəstəliyə yoluxduğu aşkarlanan adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb. O, bir neçə gündən sonra ikinci dəfə testdən keçiriləcək.