2017-ci il fevralın 5-də Türkiyə kuboku çərçivəsində keçirilən "Beşiktaş" - "Fənərbaxça" matçında beşiktaşlı azarkeşlərə doğru əlini şortuna soxan və dil çıxaran "Fənərbaxça"nın sabiq futbolçusu Robin Van Persi məhkəməyə verilib.
Offsideplus.az xəbər verir ki, matç əsnasında tərəfdarlara dil çıxaran və 41-ci dəqiqədə rəqib futbolçu Dusko Tosiçə doğru əlini şortuna soxan Van Persiyə "Beşiktaş" cəbhəsi böyük reaksiya göstərmişdi.
Bu haqda mətbuatda yayılan xəbərlər İstanbul Cümhuriyyət Məhkməsində xəbərdarlıq kimi qəbul olunub və onları hərəkətə keçirib. Baş verənlər araşdırılaraq qərar çıxarılıb. "Beşiktaş" tərəfindən təqdim olunan iddianamədə Van Persi şübhəli kimi göstərilmişdi.
Sabiq "Fənərbaxça"lı ulduz qarşıdakı günlərdə İstanbul Məhkəməsində hakim qarşısına çıxacaq.
Peşəkar Futbol İntizam Komitəsi sözügedən matçla əlaqədar intizamsız davranışlarından dolayı Van Persini 3 oyunluq cəzalandıraraq 19 min 500 lirə cərimələmişdi.