"Qalatasaray" norveçli futbolçusu Martin Linneslə yeni müqavilə bağlayıb.
Offsideplus.az-ın klubun saytına istinadən məlumatına görə, 27 yaşlı müdafiəçi ilə olan sazişin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.
Skandinaviyalı bir mövsüm üçün 1 milyon 400 min avro maaş alacaq.
Qeyd edək ki, Linnes 2016-cı ildən İstanbul klubundadı.