"Fənərbağça" Super Liqanın 23-cü turunda "Kasımpaşa" ilə heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, bu görüşdə "sarı-lacıvərdlilər" xaldan başqa bir çox oyunçusunu itirib.
Bu görüşdə 4 futbolçu birdən sıradan çıxıb: Anderson Taliska, Ederson, Ceyden Ostervolde və Çağlar Söyüncü.
Milan Şkrinyar da "Nottingem Forest"lə matçda zədələnmişdi.
Edersonun 2 həftə, Taliska və Ostervoldenin 3 həftə, Çağların isə 3-4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Şkrinyarın zədəsi daha ciddidir.
Qeyd edək ki, "Fənərbağça" Super Liqanın növbəti turunda səfərdə "Antalyaspor"la qarşılaşacaq.



