Türkiyə Super Liqasının XXIII turu çərçivəsində “Konyaspor” "Qalatasaray"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 75-ci dəqiqəsində meydan sahiblərinin heyətində Adil Demirbağ hesabı açıb.
81-ci dəqiqədə isə Blaz Kramer fərqi iki topa çatdırıb.
Qeyd edək ki, "Qalatasaray" 55 xalla Super Liqada turnir cədvəlinin lideridir. 23 xalı olan “Konyaspor” isə 13-cü yerdə qərarlaşıb.


