"Qalatasaray" sabiq futbolçusu Saşa Boyeni geri qaytarır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" həm cinah müdafiəçisi ilə, həm də klubu "Bayern Münhen"lə razılığa gəlib.

Bu barədə insayder Ertan Süzgün məlumat yayıb.

25 yaşlı futbolçu 2024-cü ilin yanvarında 30 milyon avroya "Qalatasaray"dan Münhen təmsilçisinə transfer olmuşdu.

Qeyd edək ki, bu gün avrokuboklarda iştirak edən komandalar üçün iştirak ərizəsini yollamaq üçün son gündür.