"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç transfer klub rəhbərliyindən narazılığını gizlətməyib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı oyunçu haqqında yayılan transfer xəbərləri ilə bağlı xəbərlərə münasibət bildirib: "Müqaviləni bir ideya ilə imzalayarıq ki, həmin müqavilənin sonuna qədər yerinə yetirək. Eyni ideya, həmçinin oyun şansı əldə etməyə də bağlıdır. Klubdan kiminsə çıxıb yayılan xəbərləri təkzib edib, mənim qalacağımı bildirməsini istərdim. Bartomeu mənə heçnə deməyib. Ola bilsin, indi məni eşidir və sabah zəng edər. Amma mən bütün bunlar barədə narahat deyiləm. Lautaro gəlsə çox sevinərəm. Bu barədə başqa fikrim yoxdur. Bütün fikrim "Barsa"dadır. Lakin mən heç vaxt böyük dəyişikliyin edilməsinə qarşı çıxmamışam".

Qeyd edək ki, İspaniya və İtaliya mətbuatı "Barselona"nın Lautaro Martinesi transfer etmək üçün pulla yanaşı, İvan Rakitiçi də "İnter"ə satacağını yazır. Digər iddia isə, Katalon təmsilçisinin xorvatiyalını Miralem Pyaniç üçün "Yuventus"a təklif etməsidir.