Miralem Pyaniç Moskvanın ÇSKA klubuna keçib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu ilə 1+1 şərti ilə bir illik müqavilə bağlanıb. Pyaniç ordu klubunda 15 nömrəli formanı geyinəcək.
Karyerası ərzində Pyaniç "Mets", "Lion", "Roma", "Yuventus", "Barselona", "Beşiktaş" və "Əl Şarja" kimi tanınmış klublarda çıxış edib.
Milli komanda karyerasında isə Pyaniç 115 oyuna çıxıb, 18 qol vurub və 29 məhsuldar ötürmə edib.