PSJ "Krasnodar" və Rusiya millisinin üzvü Matvey Safonovu heyətinə cəlb edəcək.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi iyun ayında 25 yaşlı qolkiperlə rəsmən müqavilə bağlayacaq. PSJ futbolçu və Rusiya klubu ilə razılıq əldə edib.
Safonov ilə müqavilənin müddəti 2029-cu ilədək nəzərdə tutulub. "Krasnodar" klubu isə 20 milyon avro satışla transfer rekordu qıracaq.