Rusiyanın "Rubin" klubu yeni mövsümdə Premyer Liqada iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, Kazan təmsilçisi mövsümü 29 xalla başa vurub. Leonid Slutskinin komandası 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

"Rubin"dən başqa Tula "Arsenal"ı da aşağı liqaya düşüb. "Ximki" və "Ufa"nın Premyer Liqada qalıb-qalmayacağı isə pley-off matçlarından sonra bilinəcək.