PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasovun Offsideplus.az-a geniş müsahibəsini təqdim edirik...

II hissə

- Mövsümün yarısı PFL Elxan Səmədovsuz və Aslan Şahgəldiyevin onlayn köməyi sayəsində işlər gördü. Müvəqqəti olaraq prezidentlik vəzifəsini idarə etməyə başladınız. Bu fikir necə və ya haradan yarandı? 

- Mən Elxan və Aslan müəllimin adının qarşısında "siz" şəkilçisinin işlənməsinin əleyhinəyəm. Onlar bu müddətdə cismən bizlə olmadılar. Elxan müəllim irili-xırdalı 11 əməliyyat keçirib. Aslan Şahgəldiyev də onurğa sütunu əməliyyatı keçirib. Bu gün belə onların yerləşdiyi xəstəxanada iclaslar keçiririk. Yekun məsələlərin qərarı Elxan müəllimin rəhbərliyi altında baş tutur. PFL-in üstün tərəfi odur ki, burada "mən" sözü işlədilmir. Bizim qurumda kimin imza atması o qədər də əhəmiyyətli məsələ deyil.  Qəbul olunan qərarlar və müzakirələr ön plandadır. Səlahiyyətlərin idarə olunması təklifi PFL prezidenti Elxan Səmədov tərəfindən oldu. Mənim üçün həyatda ən vacib şey güvəndir. Əgər güvən varsa, biz o güvənə tam şəkildə sadiq olacağıq. Bu gün Elxan müəllim ilə eləcə də İdarə Heyəti ilə hər şey tam şəkildə müzakirə olunur. Ümumiyyətlə bildirməliyəm ki, ağır vəziyyətə baxmayaraq Elxan müəllim heç vaxt işdən qopmadı, ən ağır əməliyyatlardan sonra belə məsələlərə tez bir zamanda reaksiya verdi və hər zaman PFL-ə rəhbərlik etdi. 

- Bu mövsüm ilk dəfə 34 komandalıq Azərbaycan Kuboku keçirildi. Bunun kimi bir neçə yeniliklər oldu. 5 turnir keçirdiniz. Bir çoxları qeyd etdi ki, Premyer Liqa çox həyəcanlı keçdi. Siz necə düşünürsünüz bu belə idimi? Yoxsa, "Qarabağ"ın vaxtından əvvəl çempionluğu təmin etməsi bu həyəcanı azaldırdı?

- Belə deməzdim. Çünki o gərginliyi biz axıra qədər hiss etdik. Bilirsiniz ki, avrokuboklara gedən komandalar son saniyələrdə müəyyənləşdilər. Yəni, təbii ki, çempionluq mübarizəsində müəyyən qopma oldu. Bunu etiraf etməliyik. 8 tur öncədən "Qarabağ" çempionluğunu bayram etdi. Bundan əlavə, PFL adından Azərbaycanın idman şərəfini həqiqətən çox layiqincə qoruduqlarına görə "Qarabağ"a təşəkkür edirik. “Braqa", "Bayer 04" kimi güclü komandalarla meydan oxudular. Həyəcan məsələsi bir az olduğun ortama bağlıdır. Məsələn, Premyer Liqada iştirak edən komanda o yarışın daha çox həyəcanlı olduğunu düşünür. I Liqada elə oyunlar olurdu ki, orada həyəcan pik həddə idi. Bəlkə də həmin insan, komanda həyatları boyu görəcəyi və gördüyü ən dəhşətli həyəcanı orada hiss etmişdi. Eyni zamanda II Liqada da bunun şahidi olduq. Məncə, həyəcan olduğu nöqtəyə görə dəyişən bir şeydir. Lakin liqalarda bu, var idi. Xüsusən, idman prinsiplərinin qorunması bu çempionatlara marağın artmasına səbəb oldu. Düşünürəm ki, bütün liqalar gərgin mübarizə şəraitində keçdi. Təbii ki, çatışmazlıqlar var idi. Bunu etiraf etməliyik. Bu çatışmazlıqları görürük, bilirik və onun üzərinə gedib həll edirik. Məsələn, II Liqanın yaranma məsələsində problemlər çox idi. Bu məqamlar bəlkə indi də var. Bu problemlərin üzərinə gedib onu həll edə bilərsən. Yəni, problemləri görürsən və buradasan, problem oradadır. Onun üzərinə getməyəcəksənsə, həll etmək mümkün olmayacaq. Çalışdıq ki, problemlərin üzərinə gedək, sıxıntılar olmasına baxmayaraq, müəyyən çatışmazlıqları aradan qaldıraq və yenilərinə hazır olaq.

- Deyirlər ki, davamlılıq keyfiyyəti artırır. Bunu növbəti mövsümdən görəcəyik?  

- Razıyam! Davamlılıq keyfiyyəti artırır. Biz desək ki, bu gün 4-5 km-i birnəfəsə qaçacağıq bu, yalan olar. Amma müəyyən müddətdən sonra bu hədəfə çata bilərik. Yəni, bizdə də bu gün liqaların yaranması təkcə komanda sayının artması məsələsi kimi qəbul olunmamalıdır. Burada yeni məşqçilər, klub idarəçiləri, həkimlər, təminatçılar üzə çıxdı. Yəni, bu, kütləvilik baxımından çox vacib bir məqam idi. Yeni-yeni insanlar bu sahədə artıq püxtələşməyə başladılar. Bu gün məndən soruşsanız, 10-dan çox klub idarəçisi saya bilərəm. Onlar həqiqətən də futbolun içinə daxil oldular və bu sferada ilk addımlarını atdılar. Yəni, say artımı təkcə klub və ya futbolçu baxımından yox, eyni zamanda insan kapitalının daha da genişlənməsi baxımından qəbul olunmalıdır. Həm də heç vaxt peşəkar yarışlar görməyən bölgələr, şəxslər, futbolçular bunun nə olduğunu hiss etdilər. Oyunları canlı yayımlandı. Sənan Abdullayevin rəhbərlik etdiyi departament mövsüm ərzində demək olar ki, bütün oyunların canlı yayımlanmasını həyata keçirdi, icmalları yerləşdirdi. Bütün bunlar da futbol keyfiyyətinə, məşqçilərin təhlil, futbolçuların davranış məsələlərinə təsir etdi.

- Bəs I Liqa? Çoxları düşünür ki, keyfiyyət çox aşağıdır. Həqiqətən belədir? 

- Əvvəlcə bu çempionatın keçirilmə müddətinə baxmaq lazımdır. Nə zamandan bu turniri normal I Liqa kimi keçirməyə başlamışıq? 2 mövsüm öncə limitlər, yaş qrupları fərqli idi. Komandaların məqsədləri başqa idi. Bu mövsüm I Liqa aurası yarada bildik. Müəyyən fasilə, qopmalar varsa, bunların aradan qalxması üçün zamana ehtiyac var. Bütün günü stadionlarda olan biri kimi deyə bilərəm ki, I Liqa klublarında ciddi şəkildə infrastruktur fərqi var. Ad çəkmək istəmirəm. Hansısa I Liqa klubunu nümunə göstərə bilmərik ki, hazırda Premyer Liqada çıxış etməyə tam hazır olsun. Müəyyən qədər formalaşmış yerlər var. Nəzərə almaq lazımdır ki, I Liqa öz statusunda cəmi 1 ildir ki, normal fəaliyyət göstərir.

- Bir müddət öncə Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədova müraciət etdik. Soruşduq ki, Bakıda oynayan “Araz-Naxçıvan”a niyə lisenziya verilib? O da bildirdi ki, UEFA qaydalarında belə bir bənd var. Klub üzvü olduğu federasiyanın ərazisində istənilən yerdə oynaya bilər. Sizcə, bu doğrudur? 

- Bizim də belə bir tələbimiz yoxdur ki, bir komanda mütləq şəkildə təmsil etdiyi yerdə oynamalıdır. Məsələn, "Kəpəz"dən danışaq. Bilirik ki, Gəncə şəhər stadionu müvəqqəti təmirə bağlıdır. Bir müddətdən sonra klub bu arenaya qayıdacaq. Belə olan məsələlər fors-major kimi qiymətləndirilir. Həmin kluba özünə aid olmaq, stadionda oynamaq şəraiti yaradılır. Bu, beynəlxalq praktikada da var.  Arzulayırıq ki, hər klub özünəməxsus stadionda, doğma camiəsı önündə oynasın. Bu zaman rəqabət də daha güclü olur. Komanda da o  bölgəyə aid olduğunu hiss edir. Lakin fors-major hallar bu həyatın, futbolun qanunudur. Ümid edirik ki, bu məqamlar aradan qalxacaq. Bir az əvvələ qayıdaq.  Bəzən olurdu ki, bir stadiondan üç komanda istifadə edirdi. Söhbət Premyer Liqa klublarından gedir. Şəfa stadionunda tıxac idi. Bir komanda girirdi, o biri komanda çıxırdı. Bəzən bir stadionda gün ərzində iki-üç oyun keçirilirdi. Bu gün şükürlər olsun ki, ən azından hər klubun istifadə edəcəyi bir stadion var. İnfrastruktur cəhətdən buna sevinməliyik.

- "Səbail"in icraçı direktoru Firuz Abdulla açıqlamasında qeyd etmişdi ki, hər kəs idman prinsipindən danışır. Biz 350-400 km yol qət edərək bölgəyə səfər edirik. Lakin həmin komanda növbəti ev oyununu Bakıda keçirir. Bunun özü də idman prinsiplərinin pozulması deyil? Yeni mövsümdə bu məsələ öz həllini tapacaq?

- Ümumiyyətlə, yarışın Əsasnaməsi var. Bura qaydalarla yanaşı, həm də səhvlərin toplusudur. Keçmişə qaydası olsaq, bu Əsasnamə çox nazik bir kitab idi. Amma illər onu kifayət qədər qalınlaşdırıb. Əsasnaməni mükəmməlləşdirməyə çalışmışıq. Əlbəttə, bu məqamlar bizim də diqqətimizdədir. Açıqlamalarla biz də tanışıq. Çalışırıq ki, haqlı tənqidlərdən həmişə nəticə çıxaraq. Bunlar inkişafı formalaşdıran məqamlardır. Firuz müəllim kimi illərini futbola verən adamların sağlam tənqidləri əlbəttə ki bizim üçün əlavə düşünməli məqamlar formalaşdırır.

- I Liqada əsas problem “İrəvan”la bağlı idi. Qərbi Azərbaycan təmsilçisinə I Liqada iştirak etmək üçün lisenziya verilmədi. Avstriyada Sərxan Hacıyevə klubla bağlı sual ünvanlandı. O, bildirdi ki, “İrəvan”la bağlı yaxın zamanda qərar veriləcək. Mövsüm ərzində futbolçulara borclu qalan klub II Liqada iştirak etməyə layiqdir?

- Mən hələ ki, Sərxan müəllimin fikrini təkrarlamaqla kifayətlənmək istəyirəm. Hadisələrin necə inkişaf edəcəyini bizə zaman göstərəcək. 

- Fikrimi yenə təkrarlamaq istəyirəm. Bu klubun futbolçulara hələ də borcu varsa, dövlətin verdiyi vəsaitlə necə II Liqada çıxış edəcək? 

- Bu, zamanın göstərəcəyi bir məsələdir. İndiki məqamda bu mövzu haqda danışmağımız bir az doğru olmaz.

- 2023/24 mövsümündə II Liqa böyük marağa səbəb oldu. Çoxları qeyd edirdi ki, bu, əsl Azərbaycan çempionatıdır. II Liqanı belə adlandırmaq olar?

- Bütün yarışlar Azərbaycan bayrağı altına keçirilir. Bu turnirlərin hamısı Azərbaycan çempionatlarıdır. Bu yarışı "Fədakarlar Liqa"sı adlandırardım. Yeni yaradılan çempionatdır. Bir komandanın rəhbəri həm stadionun otunu biçirsə, meydanın xətlənməsini həyata keçirirsə, sənədləşmə işləri ilə məşğul olursa, deməli, bura həqiqətən də insanların qəlbinə daha yaxın bir yarışdır, liqadır. Düşünürəm ki, bu turnirin bütün coğrafiyamızı əhatə etməsi digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri idi. Yenə deyirəm, bayrağımız altında keçirilən bütün yarışlar Azərbaycan liqasıdır. 

- Bir klubun prezidentinin bütün işləri görməsi sizin üçün fədakarlıqdır. Amma bir tərəfdən də maliyyə çatışmazlığının bariz sübutudur. Qurum olaraq AFFA-ya müraciət etmək olmaz ki, I və II Liqa klublarının büdcəsi artırılsın?

- Düşünürəm ki, burada klubların üzərinə böyük yük düşür. Eyni zamanda Futbol İnkişaf Fondu bu mövzuda səmərəli çalışır. Mövsüm başlamışdan öncə həm I, həm də II Liqa klubları ilə görüşdə demişdik ki, dövlət tərəfindən ayrılan maddi vəsait təkcə komandanın özünü saxlaması üçündür. Siz həqiqətən də daha iddalı kollektiv formalaşdırmaq, medallar uğrunda mübarizə aparmaq istəyirsinizsə, əlavə sponsorlar cəlb etməlisiniz. 

- Bir çox ölkələrdə yuxarı liqalara yüksəlmək üçün pley-off oyunları keçirilir. Bu il Azərbaycanda da belə matçlara şahidlik etdik. Sizə də aşağı liqa təmsilçilərinin yuxarı çempionatlarda iştirak edən komandalara qalib gəlməsi təəccüblü gəlmədi?

- Futbol gözlənilməz hadisələrlə doludur. Lakin "Cəbrayıl"ın "Araz Saatlı”, “Hypers”in “Şəfa” üzərində qələbəsini təsadüf hesab etmirəm. Orada çalışan insanların əməyinə sayğısızlıq etmiş olarıq. Futbol elə bir oyundur ki, burada kim güclüdürsə, o da qalib gəlir. Biz də tam olaraq bunu istəyirik. Oyunlarda tam şəffaflığın təmin olunmasına çalışdıq. AFFA, PFL, “CBC Sport” əlindən gəlini etdi ki, qarşılaşmalar canlı yayımlansın. Mübahisəli məqam olan kimi müdaxilə etmək üçün belə qərar verdik. Klublar da öz oyunlarını göstərdilər, güclü olan qalib gəldi. 

- I Liqada çıxış edən klub nə üçün heyətini legionerlə gücləndirmək istəyəndə Premyer Liqa təmsilçisi ilə eyni dəyərdə rüsum ödəməlidir? Bu çempionatlarda iştirak edən komandalara ayrılan büdcələr arasında 10 dəfə fərq var.

- Çalışdıq ki, bu məsələyə həm həssas, həm peşəkar yanaşaq. Əvvəlcə qeyd edim ki, I Liqa təmsilçiləri Premyer Liqa klubları ilə eyni rüsumu ödəmirlər. Əsas çempionatda say məsələsi var. Düşünürəm ki, I Liqa klubları bu qərardan sonra daha peşəkar legionerləri heyətlərinə qatdılar. Bunu şərt qoymuşduq. Sizi inandırım ki, biz müraciətlərin 50 faizdən çoxunu geri qaytarmışıq. Bu qərar işə yaradı. I Liqada bəzi futbolçular ön plana çıxdılar. Onlar komandalarına fayda verdilər. Yenə deyirəm, Premyer Liqadakı rüsumla I Liqadakı eyni deyil. Əsas çempionatın üzvləri 7 futbolçuya qədər 5 min manat pul ödəyir. Say artıqca rüsumun dəyəri də qalxır. I Liqada isə bunu stabil saxlamışıq. Düşünmürəm ki, bu məbləğ çoxdur. Klub legioner gətirmək, digərlərindən seçilmək istəyirsə, bunun qarşılığı olmalıdır. 

- Yeni mövsümdə hansı sürprizlərin şahid olacağıq?

- Ötən mövsümün yekununu PFL olaraq çalışdıq ki yaxşı səviyyədə edək. Xüsusən mükafatlandırma mərasimlərini çalışdıq ki, normal səviyyədə keçsin. Həm də bu il klublara verilən mükafatları xüsusiləşdirdik. Ümid edirəm ki, Elxan Səmədov, Aslan Şahgəldiyev ən qısa zamanda bizə qoşulacaqlar. Gələn mövsüm yeniliklər bol olacaq. Fürsətdən istifadə edərək size 16 iyulda Premyer Liqanın püşkatma mərasiminə dəvət edirəm. Orada yeniliklərlə tanış ola bilərsiz. Qarşıdakı “futbol ili”nə çox ciddi şəkildə hazırlaşırıq.

- I Liqada əsas problem “İrəvan”la bağlı idi. Qərbi Azərbaycan təmsilçisinə bu komandada iştirak etmək üçün lisenziya verilmədi. Avstriyada Sərxan Hacıyevə klubla bağlı sual ünvanlandı. O, bildirdi ki, “İrəvan”la bağlı yaxın zamanda qərar veriləcək. Mövsüm ərzində futbolçulara borclu qalan klub II Liqada iştirak etməyə layiqdir?