"Keşlə"nin müdafiəçisi Tural Axundovun Offsideplus.az-a müsahibəsi...

 – Ölkə kubokundan "Qaradağ Lökbatan"a qalib gəlməyi bacardınız. Görüş sizin üçün çətin keçdi. Rəqib güclü idi, yoxsa arxayınlıq var idi?

– "Qaradağ Lökbatan" zəif komanda deyil. Onlar 1-ci divizionda liderdilər. Yaxşı qurulmuş kollektivdir. Bizim üçün matç çətin keçdi. Amma öz oyunumuzu oynadıq. Deməzdim ki, arxayınlıq var idi. Sadəcə, onlar istəkli idi.

 

– Ölkə kubokunun növbəti mərhələsindəki rəqibiniz güclü "Qarabağ"dır. Yarımfinal şansınızı necə dəyərləndirirsən?

– "Qarabağ" brend komandadır. Bu, futboldur. Hər şey ola bilər. Yaxşı hazırlaşmalıyıq. Çətin keçəcəyindən əminik. Hər şey öz əlimizdədir.

 

– Növbəti mövsümdən "Keşlə" adını dəyişərək Şamaxını təmsil edəcək. Sən də burada çıxış etməyi düşünürsən?

– Rəhbərlik nə qərar versə, biz də onu icra edəcəyik. Hazırda bilmirəm necə olacaq. Nəsə fikir bildirməyim düzgün çıxmaz.

 

– Yerli və ya xarici klublardan transfer təklifi alırsan?

– Mən hazırkı durumda "Keşlə"nin futbolçusuyam və yaya kimi müqaviləm var. İndidən nəsə deməyi xoşlamıram.

Cavid Əliyev