Ole Qunnar Sulşer müvəqqəti baş məşqçi olaraq "Mançester Yunayted"ə qayıtmağa hazırdır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi də bundan agahdır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi bu gün toplaşaraq qısamüddətli variantları dəyərləndirəcək.

Onlar uzunmüddətli baş məşqçini iyun ayında gətirməyi planlaşdırır.

Qeyd edək ki, MY ötən gün Ruben Amorimlə yollarını ayırıb.